Rihanna hamilə olması iddialarına cavab verdi - FOTO

Rihanna hamilə olması iddialarına cavab verdi - FOTO
23:37 7 İyun 2017
212 Maraqlı
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, müğənni Rihanna son zamanlar aldığı artıq çəkiləri ilə gündəmdədir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, barbadoslu müğənninin son zamanlar kökəlməsi onun hamilə olması şayiələrinə gətirib çıxarıb.

Müğənni bir müddət bu barədə danışmasa da, amma İnstaqramda paylaşımı ilə məsələyə aydınlıq gətirib.

O, reper Quççi Manenin kollaj olunmuş formada iki fotosu sosial media hesabında bu yazı ilə yerləşdirib:

"Əgər sən 2007-ci ildə mənim tərəfimdə olmadınsa, o zaman 2017-ci ildə də məni haqq etmirsən".

Bununla ifaçı bildirib ki, insan bədəninə baxmasa, o zaman o, istədiyi formanı alar. 

Qeyd edək ki, son zamanlar küçələrdə görüntülənən Rihannanın bel və çanaq hissədən kökəlməsi ilə müzakirələrə səbəb olub. Bəziləri onun hamilə qaldığını, bəziləri isə depressiyada olduğunu iddia edib. Bütün bunlara baxmayaraq, enli libaslara üstünlük verən müğənni əyləncələrindən də qalmayıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/552090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR