AVRO 2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Çernoqoriya - Rusiya matçı başlayan kimi dayandırılıb.

ANS PRESS-in məlumatına görə, buna səbəb meydana atılan kənar əşya olub.

Belə ki, matçın 18-ci dəqiqəsində meydana atılan yanan maddə Rusiyanın qapıçısı İqor Akinfeyevin başına dəyib və qolkiper yerdə qalıb.

Bu səbəbdən oyun dayandırılıb.

Oyun təxminən 30 dəqiqəlik fasilədən sonra başlayıb. Akinfeyevi Yuri Lodigin əvəzləyib.



Rusiyanın oyununda şok: Akinfeyevi vurdular (VİDEO, FOTO)

Rusiyanın oyununda şok: Akinfeyevi vurdular (VİDEO, FOTO)

Rusiyanın oyununda şok: Akinfeyevi vurdular (VİDEO, FOTO)

Rusiyanın oyununda şok: Akinfeyevi vurdular (VİDEO, FOTO)
Mənbə
ANS PRESS