Artıq ilk yarıda Podqoritsadakı "Qradski" stadionunun tribunasından qonaq komandanın qapıçısı İqor Akinfeyevə fayer atılıb. Bundan sonra oyun dayandırılıb, qolkiper meydanı xərəkdə tərk edib. Bir müddət sonra oyun bərpa olunub. Amma 66-cı dəqiqədə Roman Şirokov penaltini yerinə yetirə bilmədikdən sonra meydanda oyunçular arasında toqquşma baş verib. Hakimlər isə komandaları paltardəyişmə otağına göndəriblər. Oyun isə birdəfəlik dayandırılıb.
Qeyd edək ki, həmin vaxt hesab 0:0 olub.