Makarovdan küllü miqdarda narkotik götürüldü

Makarovdan küllü miqdarda narkotik götürüldü
22:39 12 İyun 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

Lerik rayonunda Lənkəran sakinindən küllü miqdarda narkotik götürülüb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lerik rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran sakini Anatoliy Makarov saxlanılıb.

 

O, Lerik rayon ərazisində ümumi çəkisi 1,3 kq narkotik vasitə olan tiryəki satarkən saxlanılıb. Hazırda polis onun  narkotik vasitəni haradan və necə əldə etdiyini araşdırır.

 

Qeyd edək ki, A.Makarov  bununla ikinci dəfə məhkumluq həyatı yaşayacaq. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR