Azərbaycanın ali təhsili olmayan məşhurları

Yəqin ki, bir çox məşhurlarımızın ali təhsili olmadığını bilmirsiniz.

Metbuat.az ali təhsilsiz məşhurlarımızı təqdim edir:

Rəşid Behbudov

Çoxları əksini hesab etsə də, müğənni Rəşid Behbudov ali təhsil almayıb. O, Dəmir Yolu Texnikumunu bitirdikdən sonra işləməyə başlayıb.

Aygün Kazımova

Müğənni orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirməyib. O, ailə həyatı qurub.

Bilal Əliyev

Bilal Əliyev təhsil almağı Asəf Zeynallı adına Musiqi Kollecini bitirməklə yekunlaşdırıb.

Mətanət İsgəndərli

O, orta məktəbi bitirdikdən sonra müğənniliyə başlayıb.

Zamiq Hüsenynov

Tanınmış müğənni Asəf Zeynallı adına Musiqi Kollecində xanəndəlik təhsili alıb. O, təhsilini ali dərəcədə davam etdirməyib.

Namiq Qaraçuxurlu

Namiq Qaraçuxurlu 104 nömrəli orta məktəbi bitirdikdən sonra təhsil həyatını davam etdirməyərək, meyxanaçılığa başlayıb.

Nadir Qafarzadə

Nadir Qafarzadə də Asəf Zeynallı adına Musiqi Kollecini bitirdikdən sonra təhsilini davam etdirməyib.

Eyyub Yaqubov

Eyyub Yaqubov da orta təhsilli müğənnilər arasındadır. O, Asəf Zeynallı adına Musiqi Kollecini bitirib.

Nura Suri

Müğənni Nura Suri də ali təhsilsiz məşhurlardandır. O, orta məktəbdən sonra təhsilini davam etdirməyib.

Dilarə Zamanova / Metbuat.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR