Dadı damağınızdan getməyəcək "İzmir Küftə"si

İftar süfrənizi Türkiyə mətbəxinin ən dadlı yeməklərindən "İzmir küftəsi" ilə bəzəyin.

Metbuat.az küftənin hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

1kq qiymə

2 ədəd baş soğan

2 dilim köhnə çörəyin içi

1 dəstə cəfəri

1 şorba qaşığı yağ

1 çay qaşığı qara istiot

Yarım çay qaşığı adi cirə

3 stəkan su

1 ədəd yumurta

Duz

Hazırlanması:

Qiyməyə çörəyin içi, xırda doğranmış cəfəri, qara istiot, duz, süzgəcdən keçirilmiş soğan və yumurtanı əlavə edib yoğurun.

Qarışıqdan kiçik parçalar alıb yuvarlayın. Siniyə düzərək sobaya qoyun. Bişdikdən sonra kiçik qaba alın. Yağda qovurduğunuz tomat və una 3 stəkan su əlavə edib 10 dəqiqə qaynadın, sonra onu küftənin üzərinə tökün.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

(Şiş küftə RESEPTİ -İftara özəl)

(Dadı damağınızda qalacaq "Çiy küftə"nin hazırlanması - RESEPT)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)