Bu bitki Naxçıvanda bitir, min dərdin dərmanıdır...

Adi boymadərən bitkisi min dərdin dərmanıdır.

Metbuat.az xəbər verir ki, Azərbaycanda Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Naxçıvanın dağlıq hissəsində yayılıb. Farmakopeyaya daxil olan rəsmi dərman bitkisidir. Elmi, eksperimental və xalq təbabətində, eləcə də kliniki sınaqlarda, homeopatiya, farmakologiya və baytarlıqda geniş tətbiq edilir. Əsasən mədə, ürək, böyrək və böyrək daşı, sidik kisəsi, bronxial astma, dəri, qaraciyər xəstəliklərində, ağciyər vərəmi, nevroz, soyuqdəymə, malyariya, qadınlarda aybaşı vaxtını normallaşdıran möcüzəvi bitkidir. Həmçinin, revmatizma, stomatit, allergiya, ateroskleroz və bədxassəli şişlərə qarşı istifadə olunur. Antioksidant, antihelmint, qansaxlayıcı, bəlğəmgətirici, ağrıkəsici, yarasağaldıcı, hərarəti salan, spazmolitik və kardiotonik təsirə malikdir. Şiddətli soyuqdəymə və qriplər, travma və qanaxmalar zamanı istifadə edilir.

Xalq təbabəti kitablarında bütün xəstəlikləri dərmanı olaraq tanınır. Qanı təmizləmək xüsusiyyətinə malik olan bu bitki Hepatit-B, mədə, həzmsizlik, revmatizma, bağırsaq iltihabları zamanı da çox faydalıdır.

Bitkinin çayını hazırlamaq üçün boymadərəni ¼ litr qaynar suya əlavə edib 3 dəqiqə dəmləyin, süzüb isti halda için. Acı olan bu çaya heç bir dadlandırıcı əlavə etməyin. Bitki çaylarına edilən əlavələr bitkilərin içərisindəki kimyəvi maddələrlə reaksiya verə bilər.

Aysel Yaqubqızı / Metbuat.az

(Boğaz ağrısından bu üsullarla xilas olun - XALQ TƏBABƏTİ)

(Babasilin müalicəsində XALQ TƏBABƏTİ)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR