“Facebook” istifadəçilərinin sayı 2 milyardı ötüb

“Facebook” istifadəçilərinin sayı 2 milyardı ötüb
23:19 27 İyun 2017
16 Digər
Ölkə mətbuatı
A- A+

“Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı 2 milyard nəfəri ötüb.

 

AZƏRTAC “lemonde.fr” saytına istinadla bildirir ki, bununla da “Facebook” ən çox istifadəçisi olan sosial şəbəkəyə çevrilib. Dünya əhalisinin sayı ilə müqayisəli şəkildə götürsək, rəqəmin astronomik olduğunu görərik. Dünya əhalisinin (təxminən 7,4 milyard) demək olar ki, hər dörd nəfərindən biri Harvard Universitetinin tələbəsi Mark Zükerberq tərəfindən 2004-cü ildə yaradılan bu sosial şəbəkənin üzvüdür.

 

Hazırda “Facebook”un dünyanın 50-yə yaxın şəhərində 18 min nəfərdən çox işçisi var. “Forbes” nəşrinin son hesabatına görə, “Facebook”un 33 yaşlı rəhbəri Mark Zükerberq cəmi 13 il ərzində dünyanın ən varlı 5 insanından birinə çevrilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277931

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR