Qazaxda cəsədi tapılan şəxsin intihar etdiyi məlum olub - YENİLƏNİB

Qazaxda cəsədi tapılan şəxsin intihar etdiyi məlum olub - YENİLƏNİB
08:52 29 İyun 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən Qazax rayonunda çay kənarında cəsədi tapılan şəxsin intihar etdiyi məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki, Coğaz çay kənarında çoban tərəfindən cəsədi aşkarlanan Qoşqar Fikrət oğlu Məmmədovun müxtəlif dərman preparatları içərək intihar etdiyi müəyyənləşdirilib.
Məlumata görə, inşaat mağazasında satıcı işləyən Q.Məmmədov işlədiyi  dükanda nisyə satdığı xeyli miqdarda malların pulunu kassaya qaytara bilmədiyi səbəbindən öz canına qıyıb.
Qeyd edək ki, o, ailəli imiş.
Faktla bağlı araşdırma aparılır.

28.06.2017

20:21

Qazax rayonunda, Çoğaz çayının kənarında meyit aşkarlanıb.
Milli.Az "Report"a istinadən bildirir ki, cəsədin 31 yaşlı Məmmədov Qoşqar Fikrət oğluna məxsus olması müəyyənləşdirilib. Üzərində zorakılıq əlaməti olmayan cəsəd ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/558374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR