Ağ Evin yeni departament rəhbəri Trampdan üzr istədi

Ağ Evin yeni departament rəhbəri Trampdan üzr istədi
07:04 22 İyul 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

Ağ Evin kommunikasiyalar üzrə yeni rəhbəri  Entoni Skaramuççi seçkiqabağı kampaniya zamanı Hillari Klintonu dəstəklədiyinə görə ABŞ prezidenti Donald Trampdan üzr istəyib.

 

APA-nın məlumatına görə, bu barədə “The Hill” xəbər verib.

 

“Bu mənim siyasətdə təcrübəsizliyimdən irəli gələn ən böyük səhvim olub. Həqiqətən , mən prezident seçkiləri ərəfəsində digər namizədi dəstəkləmişəm. Cənab prezident, əgər məni eşidirsinizsə, buna görə bir daha üzr istəyirəm”, deyə E.Skaramuççi bildirib.

 

53 yaşlı biznesmen-maliyyəçi E. Skaramuççi həmçinin “Tvitter”də Trampı tənqid edən və Klintonu dəstəkləyən qeydlərini silib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279700

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR