Əliyar Ağayevin idarə etdiyi oyunda 4 qol vuruldu

Əliyar Ağayevin idarə etdiyi oyunda 4 qol vuruldu
12:12 26 İyul 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasında növbəti matçını idarə edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 29 yaşlı baş hakim III təsnifat mərhələsi çərçivəsində  "Steaua" və "Victoria"  arasında keçirilən görüşün baş hakimi olub. Gərgin və maraqlı oyun şəraitində keçən matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Qonaq komanda hesabda iki dəfə irəli çıxsa da, meydan sahibləri bərabərlik qollarını vurmağı bacarıblar. Ə.Ağayev oyun ərzində 8 dəfə əlini cibinə salmalı olub. O, 3 dəfə rumıniyalıları, 5 dəfə isə çexiyalıları sarı vərəqə ilə cəzalandırıb.

Matçda Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalovla Rza Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR