Hindistanda daşqınlar - 119 ölü

Hindistanda daşqınlar - 119 ölü
04:59 27 İyul 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanın şimal-şərq və qərb regionlarında daşqınlar nəticəsində ölənlərin sayı 119 nəfərə çatıb.

 

APA-nın “Deutsche Welle”-yə istinadən verdiyi xəbərə görə, ən ağır vəziyyət Qucarat ştatında yaranıb.

 

Burada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 25 nəfər həyatını itirib, 36 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

 

Regionda xilasetmə əməliyyatı davam edir. Əhali qayıq və helikopterlər vasitəsilə təbii fəlakət zonasından çıxarılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/280036

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR