Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Rianna vətəni Barbadosda "Crop Over Festival" karnavalına qatılıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, barbadosluların ənənəvi bayramı zamanı Rianna "bayram şahzadə"lərindən biri idi.
29 yaşlı müğənni Barbadosun paytaxtı Brictaunun mərkəzi küçələrindən keçən festival yürüşündə əlvan və parlaq karnaval geyimində idi.
Rianna 2011-ci ildən bəri "Crop Over Festival" əsas qəhrəmanlarından biridir.
Bayramda çəkilmiş fotolarını Rianna sosial şəbəkələrdəki profillərində paylaşıb.
Milli.Az