Britaniyalı milyarder, TopShop şəbəkəsinin sahibi Filip Qrinin qızı Xloya Qrin Barbadosda sevgilisi, amerikalı Ceremi Mikslə birlikdə istirahət edir.

Milli.Az The Sun-a istinadən bildirir ki, 33 yaşlı C.Miks ötən il həbsdə olanda polisdə çəkilmiş fotosu sosial şəbəkələrdə geniş yayılmış, "dünyanın ən yaraşıqlı məhbusu" adlandırılmışdı.

0, artıq 8 ildir ki, Melissa Mikslə evlidir.

Buna rəğmən, Ceremi Miks 26 yaşlı Xloya Qrinlə sevgilidir.

Onlar Barbadosda olarkən paytaxt Brictaundakı karnavala da qatılıblar.

Milli.Az