Dünyaca məşhur "Victoria's Secret" modeli Sara Sampaio təcavüz qalmaqalları barədə danışıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, Sampaio sosial şəbəkə hesabında çılpaq pozalara görə təzyiqlərlə qarşılaşdığını söyləyərək: "Təcavüzə məruz qalmaq işimin bir parçası olmamalıdır" deyib.

Portuqaliyalı model Sara Sampaio Fransada dərc edilən "Lui" adlı jurnalın üst geyimsiz bir pozasına icazəsi olmadan üz qabığında yer verməsindən qəzəblənib.

Sampaio "Lui" jurnalı ilə üz qabığı çəkimi etmək üçün həm özünün, həm də agentinin bu çəkilişdə çılpaqlıq olmayacağı barədə öncədən razılığa gəldiklərini, ancaq vəziyyətin əksinə yekunlaşdığını qeyd edib.

26 yaşlı Sara Sampaio ona çılpaq poza verməsi üçün təzyiq edildiyini, tez-tez "Niyə çılpaq poza vermək isəmirsən?" deyə soruşulduğunu iddia edərək bu açıqlamanı verib:

"Çəkiliş zamanı bədənimin çılpaq görünməsini istəmədiyim hər hansı bir hissəsinin obyektivlərə tuş gəlməməsi üçün əlimdən gəldikcə böyük səy göstərdim. Daha sonra çəkilən pozalara göz gəzdirərkən bir fotoda sinəmin açıldığını gördüm.

Jurnala bu pozanın istifadə edilməyəcəyini dedim. Amma, bu şərtimi qəbul edən jurnal mənə yalan dedi və müqaviləni pozdu. O poza üz qabığına çıxdı".

Məhəmməd Vaqif

Milli.Az