14 Dekabr Azərbaycan M.Maqomayev adına Dövlət Filarmoniyasında görkəmli skripkaçı və musiqi xadimi Gidon Kremerin 70 illiyinə həsr olunan yaradıcılıq gecəsi baş tutacaq.
Kompomissiz incəsənət fəlsəfəsi əsasında hərəkət edən, Gidon Kremer müasirliyin ən nüfuzlu və istənilən sənətkarların reputasiyasını qazanıb. Onun repertuarı standart klassik melodayalar və 20-21-ci əsrlərin aparıcı bəstəkarlarının musiqisini əhatə edir, hansılar arasında bir neçəsi özünə hərs olunmuşdur. Onun adı Alfred Schnittke, Arvo Pärt, Giya Kancheli, Sofia Gubaidulina, Valentin Silvestrov, Luigi Nono, Edison Denisov, John Adams, Philip Glass, Leonid Desyatnikov və Astor Piazzolla kimi bəstəkarlarla sıx olaraq bağlıdır, hansıların əsərlərini o ənənələrə hörmət edib və eyni zamanda onların orijinallığına və yeniliyinə tam şəkildə açıq olaraq ifa edir.
Gidon Kremer 120-dən artıq albom buraxıb, onlar arasında bir çoxu prestijli beynəlxalq mükafatlara layiq olub.
Onun qısa olmayan fərqlənmə və mükafatlar siyahısına Ernst von Siemens Musikpreis, Moskvanın Triumf Mükafatı, Unesco və Una Vita Nella Musica - Artur Rubinstein Mükafatları və 2016-cı ildə alınan və əsasən musiqi dünyasında Nobel mükafatına bərabərləşdirilən Praemium Imperiale kimi mükafatlar daxildir.
1997-ci ildə Gidon Kremer Baltik ölkələrdən olan istedadlı cavan musiqiçilər üçün sığınacaq məqsədi ilə Kremerata Baltica kamera orkestrinə əsas qoyub. Bu ansambl geniş şəkildə turlara çıxır və 30 yaxın Nonesuch, Deutsche Grammophon, Burleske and ECM leybllar üçün albom yazıb. "After Mozart" (Nonesuch, 2001) albomu 2002-də ECHO və GRAMMY mükafatlarına layiq olub, Mieczysław Weinbergin isə son relizi 2015-ci ildə GRAMMY mükafatına nominasiya olunmuşdur.
2017-ci il Maestro Kremerin 70 illiyi və əsasını qoyduğu Kremerata Baltica orkestrin 20 illiyidir. Bu ikiqat yubileyi sənətkarlar Kanada, Amerika, Avropa və Aziya şəhərlərində uğurla keçən turlarla qeyd ediblər. Bakı konserti də həmçinin bu dünya turu çərçivəsində baş tutacaq.
Konsert saat 19:00-da başlayacaq.
Biletlər şəhərin bütün kassalarından və iticket.az saytından əldə edilə bilinər.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində