"Victoria's Secret" brendinin noyabrın 20-də Çinin Şanxay şəhərində keçirəcəyi " Victoria's Secret Fashion Show" şousunda dəyəri minimum 2,6 milyon dollar olan "Fantasy Bra" adlı büstqalterini supermodel Lais Ribeyro nümayiş etdirəcək.
Milli.Az Fashion-a istinadən bildirir ki, 27 yaşlı braziliyalı model "Fantsy Bra"lı fotosessiyaya çəkilib.
Brendin ötən il Parisdə keçirilmiş şousunda supermodel Jasmin Tusk da bahalı büstqalteri podiumda göstərmişdi.
Builki "Fantasy Bra" qızıldan hazırlanıb, brilyant, almaz, yaqut, sapfir qaşlarla bəzədilib.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin