İtaliyalı model Ria Antoniou 2018-ci il təqvimi üçün
kameralar qarşısına keçib. Bu barədə axsam.az xarici KİV-ə
istinadən xəbər yayıb.
Publika.az bildirir ki, Ria eyni zamanda “For men”
dərgisinə şəxsi həyatından da danışıb.
O, bir müddət əvvəl futbolçu Kriştiano Ronaldo ilə eşq yaşadığını
bildirib.
Xatırladaq ki, bu yaxınlarda futbolçunun adı Nataşa Sofia adlı
modellə də hallanıb.
Bu barədə Nataşa özü danışıb. O, iki dəfə Ronaldonu rədd etdiyini,
lakin üçüncü dəfə otellərdən birində onunla bir gecə keçirdiyini
bildirib.
Qeyd edək ki, Ronaldonun üç övladı var. Böyük oğlu Ronaldo balaca
2010-cu ildə surroqat ana vasitəsilə doğulub. İyunun 8-də isə
yenidən surroqat ana vasitəsilə Yeva və Mateo adlı əkizləri olub.
Hazırda sevgili olduğu Corcina Rodriqez isə tezliklə qız anası
olacaq.

