İtaliyalı model Ria Antoniou 2018-ci il təqvimi üçün kameralar qarşısına keçib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Ria eyni zamanda "For men" dərgisinə şəxsi həyatından da danışıb.
O, bir müddət əvvəl futbolçu Kriştianu Ronaldu ilə eşq yaşadığını bildirib.
Xatırladaq ki, bu yaxınlarda futbolçunun adı Nataşa Sofia adlı modellə də hallanıb.
Bu barədə Nataşa özü danışıb. O, iki dəfə Ronaldunu rədd etdiyini, lakin üçüncü dəfə otellərdən birində onunla bir gecə keçirdiyini bildirib.
Qeyd edək ki, Ronaldunun üç övladı var. Böyük oğlu Ronaldu balaca 2010-cu ildə surroqat ana vasitəsilə doğulub. İyunun 8-də isə yenidən surroqat ana vasitəsilə Yeva və Mateo adlı əkizləri olub. Hazırda sevgili olduğu Corcina Rodriqez isə tezliklə qız anası olacaq.
Milli.Az