Beynəlxalq "Formula-1" avtoçempionatının sabiq sahibi, multimilyarder Berni Ekklstounun qızı Tamara Ekklstoun varidatı, cah-cəlalı, lüks həyatı ilə qürrələnir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 33 yaşlı T.Ekklstounun 5 milyon funt-sterlinq dəyərindəki qarderobundakı ayaqqabıların, alt paltarlarının fotolarını onun stilisti Lüsi Pekhem İnstagram-dakı profilində paylaşıb.
Tamaranın superlüks apartamentindəki qarderobunda 37 cüt "Chanel" espadrilləri, "Victoria's Secret" istehsalı olan 81 pijama, 72 dəst alt paltarı var.
Tamara Ekklstounun Londondakı 70 milyon funt-sterlinqlik evindəki qarderobu iki böyük otaqdan ibarətdir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:


Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin