"Orada yalnız sısqa, arıq modellər olmamalıdır. O şouda mənim kimi ətli-canlı modellər də yer almalıdır".
Dünyanın ən məşhur plus-size modeli, amerikalı Eşli Qrem belə deyir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, ABŞ-ın Los-Anceles şəhərindəki "Studio City"də , münsiflər heyətinin üzvü olduğu "America's Next Top Model" şousunun yeni buraxılışının çəkilişinə qatılmış 30 yaşlı E.Qrem söyləyib: "Plus-size modellər də "Victoria's Secret"in kolleksiyalarının nümayişində, şoularında yer almalıdır. Ətli-canlı xanımların da buna haqqı var".
30 yaşlı E.Qrem dünən İnstagram-dakı profilindjə "Victoria Secret Plus" yazısı ilə rəsmini də paylaşıb.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin