"Victoria's Secret" brendi Çinin Şanxay şəhərində ənənəvi, sayca 22-ci "Victoria's Secret Fashion Show"nu keçirib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, brendin məşhur "ilin büstqalteri"ni bu dəfə braziliyalı model Lais Ribeyru təqdim edib.
"Victoria's Secret" və İsveçrənin "Mouawad" zərgərlik şirkətinin birgə əsəri olan "The Champagne Nights Fantasy Bra"nın dəyəri 2,1 milyon dollardır.
602 karatlıq brilyant və almaz qaşlarla, habelə sarıf sapfir və mavi topazlarla bəzədilmiş brada 6 mindən artıq qaş var. 18 karatlıq qızıldan hazırlanmış branı dizaynerlər və zərgərlər 354 saata ərsəyə gətiriblər.
Robert Muavada məxsus "Mouawad" şirkəti 2001-ci ildən bəri "Victoria's Secret"lə əməkdaşlıq edir.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin