Müğənni Mətanət Əsədova ilə meyxanaçı-müğənni Namiq Qaraçuxurlu məclislərin birində səmimi şəkildə görüntüləniblər.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Mətanət səhnədə mahnı ifa edən Namiqi öpüşlərə qərq edib. Daha sonra açıqlama verən Namiq buna normal yanaşdığını deyib:
"Şou əhliyik, deyib-gülürük. Xanım sənətçilərlə öpüşüb-görüşürük. Şəkil çəkdirəndə əlimizi belinə qoyuruq. Bu, şou-biznes üçün adi haldır. O kadrlar mənim öz xoşuma da gəlmişdi. Mətanət xanımın bu jestlərinə, səmimiyyətinə görə təşəkkür edirəm".
Mətanət isə Namiqi çox istədiyini deyib:
"Namiqi çox istəyirəm. Çox mədəni oğlandır. Namiq o qədər səliqəli oğlandır, onun hərəkətindən, meyxana deməyindən dürr tökülür".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:


Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində