“Report” Rusiyanın “Kultura” televiziyasına istinadən xəbər ki, o, 92 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Vladimir Şainski 1925-ci il dekabrın 12-də Ukraynanın Kiyev şəhərində anadan olub. Gələcəyin tanınmış bəstəkarı 1965-ci ildə Üzeyir Hacıbəyov adına Bakı Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinin bitirib. O, Qara Qarayevin sinfində oxuyub.
V.Şainski timsah Gena və Çeburaşka haqqında “Mavi vaqon” və “Qoy dəcəllər qaçsın” da daxil olmlaqla 40-dan artıq cizgi filminə musiqi bəstələyib.
Onun mahnılarını Mayya Kristalinskaya, Lyudmila Zıkina, Anna German, İosif Kabzon, Alla Puqaçova, Lev Leşenko və digər tanınmış müğənnilər ifa ediblər.
V.Şainski “Əsgər şəhəri gəzir”, “Ata evi” kimi mahnıların, “Şən və hazırcavablar klubu”nun (“KVN”) himninin müəllifidir.