Bir neçə gün əvvəl ayağı sınan və əməliyyat olunan meyxanaçı Namiq Qaraçuxurlunun səhhəti yaxşılaşır.
Milli.Az axşam.az-a istinadən bildirir ki, xəstəxanada olan sənətçi artıq evə buraxılıb. O bildirib ki, müalicəsi evdə davam edəcək:
"Zamana ehtiyac var. İnanıram ki, evimin ab-havası mənə bir az da yaxşı təsir edəcək".
Həkim Qaraçuxurluya gəzməyi bir neçə aylıq qadağan edib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində