Geridə qoyduğumuz 2017-ci ildə paytaxtımıza bir çox əcnəbi qonaqlar gəlib.
Milli.Az axşam.az-a istinadən bu il ölkəmizə gələn xarici məşhurların siyahısını təqdim edir:
İlin ən səs-küylü qonağı Tarkan oldu. Tarkan "Formula 1" oyunları çərçivəsində keçirilən konsertdə səhnəyə çıxıb.
Elə həmin yarışlar münasibətilə paytaxtımıza gələnlərdən biri də Meray Keri olub. O da Dənizkənarı Milli Parkda konsert verib.
İlin ən əsəs-küylü qonaqları arasında Nikol Şerzinger də yer alıb. O, "The Black Eyed Peas" qrupu ilə birlikdə səhnəyə çıxıb.
Rusiyalı müğənni Vera Brejneva Bakının 2017-ci ildəki qonaqları sırasındadır.
Murad Boz rol aldığı "Dönerse senindir" filminin qala gecəsində iştirak etmək üçün Bakıya gəlmişdi. İrem Sak və Yasemin Allen də onunla birlikdə paytaxtımıza qonaq olmuşdular.
Emre Aydın bu il Bakıya gəlib və "TRT Avaz" telekanalının 8 yaşı münasibətilə keçirilən tədbirdə səhnəyə çıxıb.
Aktyor Tamer Karadağlı 2027-ci ildə Bakının qonağı olub. O, Məlahət Abbasovanın dəvəti ilə paytaxtımıza gəlib.
Burak Özçivit rol aldığı "Kardeşim benim 2" filminin qalasında iştirak etmək üçün Bakıya gəlib.
Müğənni Reyhan Karaca da şəhərimizin qonaqları siyahısındadır.
Aktyor Barış Arduç "Mutlulq zamanı" filminin qalasına qatılıb. Onunla birlikdə Azərbaycana tərəf müqabili Elçin Sanqu da gəlib.
Aktrisa Neslihan Atagül 2017-ci ilin ən gözlənilən qonaqlarından biri olub.
Ani Lorak, Filipp Kirkorov, Sofiya Rotaru, Alla Puqaçova, Dima Bilan, Sergey Lazarev və bir çox Rusiya şou-biznesinin simaları yayda paytaxtımıza gəlib. Onlar "Jara" festivalı çərçivəsində səhnəyə çıxıblar.
Fransız müğənni Patrisiya Kaas bu il Heydər Əliyev Sarayında konsert verib.
Alessandro Safina da "Jara" festivalı çərçivəsində paytaxtımıza gələn qonaqlardandır.
Petek Dinçöz Bakıya gəlmiş və "Məlahətli söhbəıtlər" proqramının qonağı olmuşdu.
Milli.Az