Yeni ili Barbadosda qarşılamağa hazırlaşan tanınmış model Rhea Durhamla aktyor əri Mark Volberq çimərlikdə görüntüləniblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, dənizə girən cütlük paparassilərin hədəfində olub. 4 uşaq anası olan Rhea böyüyən qarnı ilə diqqətçəkib. Bu isə modelin 5-ci dəfə hamilə olması dedi-qodularına səbəb olub. Cütlük məsələ ilə bağlı açıqlama verməyib.

Sosial şəbəkə izləyicilərinin bəziləri Rheanın hamilə olmadığını, sadəcə kökəldiyini iddia ediblər.

Milli.Az