Dünyanın ən məşhur müğənnilərindən biri, əslən Barbadosdan olan 29 yaşlı amerikalı Riannanın xalası oğlu Teyvon Keysin Alleynin qatili hələ də tapılmayıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, 21 yaşlı Alleyn ötən ilin dekabrın 26-da Barbadosun Sent-Maykl bölgəsində axşam saat 19 radələrində güllələnib.

Alleyn evinin həyətində olarkən ona naməlum şəxs yaxınlaşıb və bir neçə dəfə atəş açandan sonra aradan çıxıb.

Rianna İnstagram-da mərhum Alleynlə son videosunu paylaşıb.

"Nur içində yat, Teyvon! Ölümünə hələ də inana bilmirəm", - Rianna yazıb.

Rianna Səudiyyə Ərəbistanından olan 31 yaşlı milyarder Həsən Cəmillə nişanlıdır.

Cəmilin 1,5 milyard, Riannanın isə 250 milyon dollarlıq varidatı var.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin