"Real"ın futbolçuları Kriştiano Ronaldo, Qaret Beyl, Marselo, Luka Modriç İspaniya kubokunun 1/8 finalında "Numansiya" ilə cavab oyununu buraxacaqlar.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Zinəddin Zidan sözügedən oyunçuların adını iştirak ərizəsinə daxil etməyib. Fransalı mütəxəssis onlara istirahət vermək qərarına gəlib.

Qeyd edək ki, "Real" - "Numansiya" görüşü bu gün keçiriləcək. Bu komandalar arasında ilk matçda Madrid klubu 3:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Kərim Benzema və Serxio Ramos isə zədə səbəbindən kubok oyununda iştirak etməyəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində