"Real"ın baş məşqçisi Zinəddin Zidan klubun transfer planlarında yer alan PSJ-nin hücumçusu Neymarla bağlı fikirlərini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransız mütəxəssis braziliyalı futbolçunu bəyənsə də, onun haqda çox danışmaq istəmədiyini bildirib:

"Mənə aid olmayan futbolçuları müzakirə etmirəm. Neymar hamının xoşuna gəlir. Çünki böyük futbolçudur. Hamısı bundan ibarətdir".

Qeyd edək ki, Neymarın adı bir müddətdir "Real"la birgə hallanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində