"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın hücumçusu Kriştiano Ronaldo haqqında fikirlərini bölüşüb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransız mütəxəssis ondan çox şey gözlənildiyini normal hesab edir:
"Digər futbolçulardan fərqli olaraq, biz həmişə Ronaldodan daha çox şey gözləyirik. Çünki o klubun aparıcı oyunçusudur. Hər oyun bitəndə insanlar "Ronaldo daha artığını edə bilərdi" düşünürlər. Mən ondan və digər oyunçulardan razıyam. İndiki halda biz pozitiv olmalıyıq. Nəticədə mən keçmişə yox, gələcəyə önəm verirəm"
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində