ABŞ-ın Çernoqoriyanın Podqoritsa şəhərində yerləşən səfirliyinin binasına hücum olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, naməlum şəxs səfirliyinin binasına partlayıcı qurğu atıb və sonra özünü partladıb.

Hücum nəticəsində özünü partladan şəxsdən başqa xəsarət alan olmayıb. Səfirliyin binasına zərər dəyməyib.

ABŞ-ın Çernoqoriyadakı səfirliyi vətəndaşlarına diplomatik nümayəndəliyin yerləşdiyi rayondan uzaq durmağa çağırıb.

Milli.Az