Dünya və olimpiya rekordçusu Usayn Bolt rəmsən futbolçu olub.
Milli.Az fanat.az-a xəbər verir ki, atletika karyerasını bitirən yamaykalı idmançı bir futbol klubu ilə müqavilə bağladığını açıqlayıb.
"Bir futbol klubu ilə müqavilə imzaladım. 27 fevralda həmin klubun adını açıqlayacam" - deyə Bolt "Twitter"də yazıb.
Bolt bu açıqlamanı yaydığı vaxtda "Twitter"dən "Mançester Yunayted"i dəstəkləyən sözlər yazması da diqqəti çəkib. Onunla bağlı, həmçinin "Borussiya" (Dortmund) iddiaları da var.
Milli.Az