Qaçış üzrə səkkizqat Olimpiya çempionu Useyn Bolt bir futbol klubu ilə kontrakt imzaladığını bildirib.

Lent.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, 31 yaşlı yamaykalı atlet bu barədə özünün tvitter səhifəsində belə yazıb:

“Mən bir futbol komandası ilə kontrakt imzalamışam. Həmin komandanın adını çərşənbə axşamı biləcəksiniz”.

Qeyd edək ki, Boltun daha öncə Dortmund “Borussiya”sə və “Mançester Yunayted”lə hallanırdı.