Aydın Xırdalanlı qara ciyər serrozundan əziyyət çəkmədiyini söyləyib.
Meyxanaçı Publika.az-a verdiyi açıqlamada səhhəti ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyib:
“Səhhətim əladır, hazırda çayxanada oturmuşam. Kefimin kök olan vaxtında zarafat etmişdim, ağızlarına gələni yazıblar. Qara ciyər və Hepatit C serrozu olmağım boş söhbətdir”.
Meyxanaçının sözlərinə görə, Respublika Narkoloji Mərkəzdə narkotik asılılıqdan aldığı müalicəsi artıq bitib:
“Müalicəm bitib, hazırda ailəm mənə böyük dəstək olur. Ailə dəstəyim olmasa, yaşamağa dəyməz.
Xatırladaq ki, tanınmış meyxanaçı Aydın Xırdalanlı Yenicag.az-a verdiyi açıqlamada qaraciyər serrozu olduğunu söyləyib:
“Özümü yaxşı hiss etmirdim, müayinə olundum və qan analizi verdim. Həkimlər məndə “Hepatit C” aşkarladı. Ağır xəstəlikdir, həkimlər deyir ki, xəstəliyin üstünə tez düşmək lazmdır. Hələ ki, dərdim yeni aşkarlanıb, müalicələrə başlamalıyam”.