Futbola başlayacağını deyən qaçış üzrə 8 qat olimpiya çempionu Useyn Bolt "Borussiya Dortmund" ilə məşqlərə başlayıb.

Milli.Az xəbər verir ki, 31 yaşlı yamaykalı dünən klub bazasında komanda ilə birlikdə hazırlıq keçib.

Bugün isə "Youtube" və "Facebook" vasitəsilə Boltun açıq məşqi yayımlanacaq. Hazırlıq prosesi ingilis dilində şərh olunacaq.

Məşq prosesindən fotoları təqdim edirik:

Kamil Abbas
Milli.Az