Dünyanın ən məşhur müğənnilərindən biri, əslən Barbadosdan olan amerikalı Rianna dünən İtaliyanın Milan şəhərində özünün yeni "Fenty Beauty" kolleksiyasının təqdimatını keçirib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 30 yaşlı müğənni həmişəki kimi, qlamur görkəmdə idi.

Dərin dekolteli qara geyimdə olan Riannanın biləklərində toplam dəyəri 3 milyon dollardan artıq olan qızıl və plastik qolbaqlar vardı.

"The Armani Hotel"dəki təqdimat zamanı Rianna bacısı qızı Macesti ilə birlikdə şou da göstərib.

Milli.Az