"Real"ın baş məşqçisi Zinəddin Zidan İtaliya və İspaniya çempionatlarını müqayisə edib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, UEFA-nın saytına danışan fransız mütəxəssis Çempionlar Liqasının 1/4 final mərhələsinin "Yuventus"la cavab oyunu barədə də fikirlərini bildirib:

"Düşünmürəm ki, İtaliya A seriyası zəif, İspaniya La Liqası isə daha güclü və dünyanın ən yaxşı çempionatıdı. Burda (ÇL-də) hər bir komanda problem yarada bilər.

İlk matçın nəticəsi bizim üçün heç nəyi dəyişmir. Bu, başqa oyundu. Əvvəl baş verənlər isə artıq geridə qalıb. İndi bizi sabah bir final gözləyir. Bundan sonra bizi hələ nə qədər belə oyunun gözlədiyini görəcəyik".

Xatırladaq ki, "Real" - "Yuventus" oyunu sabah keçiriləcək. Bu komandalar arasında Turində keçirilmiş ilk matç "kral klubu"nun 3:0 hesablı qələbəsi ilə nəticələnib.

Milli.Az