Kuba parlamenti ölkənin vitse-prezidenti Miqel Dias-Kanelin prezidentliyə namizədliyini təklif edib.

Milli.Az APA-ya istinadən bildirir ki, təklif parlament tərəfindən müzakirə ediləcək, son qərar aprelin 19-da açıqlanacaq.

Seçildiyi təqdirdə Miqel Dias-Kanel 1959-ci il inqilabından sonra Kastro ailəsindən olmayan ilk dövlət başçısı olacaq. Vitse-prezident postuna Salvador Valdes Mesanın namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Kubanın hazırkı prezidenti Raul Kastro vəzifəsini tərk etmək qərarına gəlib.

Milli.Az