Kuba parlamentində keçirilən səsvermə nəticəsində Migel Dias-Kanel ölkənin yeni rəhbəri seçilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, deputatlar onu Dövlət Şurasının sədri vəzifəsinə təsdiq ediblər.

Qeyd edək ki, M.Dias-Kanelin namizədliyi rəsmi şəkildə ötən gün təqdim olunmuşdu.

Bundan əvvəl Migel Dias-Kanel Dövlət Şurası sədrinin birinci müavini vəzifəsində işləyirdi.

Milli.Az