Əslən Barbadosdan olan amerikalı müğənni Rianna alt paltarı istehsalına başlayıb.

Milli.Az The Sun-a istinadən bildirir ki, 30 yaşlı müğənni "Savage × Fenty" adlı kolleksiyanın reklam tizerini İnstagram-dakı profilində paylaşıb.

"TechStyle" ilə birlikdə hazırlanmış kolleksiya mayın 11-də Riannaya məxsus "Fenty" brendinin butiklərində satışa çıxarılacaq.

Milli.Az

#SAVAGEX is coming. @savagexfenty

Публикация от badgalriri (@badgalriri) 23 Апр 2018 в 10:05 PDT