Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab qarşılaşması keçiriləcək.

"Real" "Bavariya"nı qəbul edir. Münhendə rəqibi üzərində 2:1 hesabı ilə qalib gələn son çempion "Real" ardıcıl 3-cü dəfə finala adlamağa çox yaxındı. Lakin almanlar da təslim olmaq fikrində deyillər. Yupp Haynkesin yetirmələri səfərdə qalib gəlib, həlledici matça vəsiqə əldə etmək niyyətindədi.

Hər iki komanda oyuna ideal heyətlə çıxa bilməyəcək. İspanlarda, xüsusən də, müdafiənin sağ cinahındakı problem baş məşqçi Zinəddin Zidanı narahat edir. Belə ki, həm Dani Karvahal, həm də Naço zədədən əziyyət çəkdiyindən, bu mövqedə kimin oynayacağı sual altındadı. Eyni zamanda yarımmüdafiəçi İskonun da oynamamaq ehtimalı var.

"Bavariya"da isə ilk oyunda zədələnən müdafiəçi Jerom Boatenq komandasına kömək edə bilməyəcək. Həmçinin Arturo Vidal da zədədən əziyyət çəkir. David Alaba kollektivə qoşulubsa, dünən fərdi məşqlə kifayətlənən Aryen Robbenin oynayıb-oynamayacağı bəlli deyil.

Çempionlar Liqası

Yarımfinal (cavab oyunları)

1 may

"Real" - "Bavariya" - 1:1

Qollar: K. Benzema, 11 - J. Kimmix, 3

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Madrid, "Santyaqo Bernabeu" stadionu

İlk oyun - 2:1

"Real" (İspaniya): 1. Keylor Navas, 4. Serxio Ramos (k), 5. Rafael Varan, 12. Marselo, 17. Lukas Vaskes, 10. Luka Modriç, 23. Mateo Kovaçiç, 20. Marko Asensio, 8. Toni Kroos, 7. Kriştianu Ronaldo, 9. Kərim Benzema

Ehtiyat oyunçular: 13. Kiko Kasilya, 6. Naço, 14. Kasemiro, 15. Teo Ernandes, 24. Dani Sebalyos, 11. Qaret Beyl, 21. Borxa Mayoral

Baş məşqçi: Zinəddin Zidan

"Bavariya" (Almaniya): 26. Sven Ulrayx, 4. Niklas Süle, 5. Mats Hummels, 27. David Alaba, 32. Joşua Kimmix, 6. Tiaqo Alkantara, 24. Sorentin Tolisso, 11. Hames Rodriges, 25. Tomas Müller (k), 7. Frank Riberi, 9. Robert Levandovski

Ehtiyat oyunçular: 22. Tom Ştark, 30. Niklas Dorş, 19. Sebastian Rudi, 15. Lars Lukas Mai, 13. Rafinya, 8. Xavi Martines, 2. Sandro Vaqner

Baş məşqçi: Yupp Haynkes

Milli.Az