Çox böyük komandanı mübarizədən kənarlaşdırdıq. "Yuventus" və PSJ də belə klublar idi. Xoşbəxtik, çünki çətin olmasına baxmayaraq, üç böyük komanda ilə mübarizədən qalib ayrıldıq.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə cavab oyunundan (2:2) sonra deyib.
Fransalı mütəxəssis bildirib ki, rəqib təzyiq göstərdiyi onlara problem yaşadıb: "Çox çətin oyun oldu. Çempionlar Liqasında çətinlik çəkmədən finanal çıxmaq mümkünsüzdür. Amma hələ heç nə udmamışıq. Sadəcə finala çıxmışıq. Çempionlar Liqasının finalında ardıcıl üçüncü dəfə oynamaq qeyri-adidir. Titulumuzu qorumaq üçün bu dəfə də qalib olmalıyıq".
O, yarımfinalın digər görüşü olan "Roma" - "Liverpul" matçı haqda da danışıb: "Roma"nın hələ də şansı var. Futbolda hər şey ola bilər".
Qeyd edək ki, "Real" iki oyunun nəticəsinə (2:1. 2:2) əsasən finala çıxıb.
Milli.Az