Real Madrid'in baş məşqçisi Zinəddin Zidan braziliyalı Neymarın kluba keçəcəyi təqdirdə hücumçu Kriştianu Ronaldo ilə oynamaqla bağlı heç bir problemi olmayacağını düşünür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransız mütəxəssis yaxşı futbolçuların yaxşı uyğunlaşdığını düşünür:

"İndi yalnız baş verənlərə görə narahatlıq hissi keçirirəm. Finaldan sonra gələcək mövsüm və hansı dəyişikliklərin baş verə biləcəyi barədə rəhbərliyimizlə danışacağıq. Ancaq indi Neymar və digər futbolçular barədə danışa bilmərəm. Yaxşı futbolçular həmişə bir-birinə uyğun gəlir. Yadımdadır ki, Corkaeflə mənim bir yerdə oynaya bilməyəcəyimi deyirdilər, amma sonra Dünya kubokunu qazandıq. Yaxşı oyunçular həmişə birlikdə oynaya bilirlər. Meydanda komanda kimyası əhəmiyyətlidir.

Real'ın Neymarın transferi ilə bağlı danışıqlar aparıb-aparmadığını bilmirəm. İndi bizi hazırda baş verənlər narahat edir. Mən bunu şəxsən Neymardan soruşmamışam, çünki bu işlərdə iştirak etmirəm. Biz bu mövsümü bitirməliyik, qalan digər məsələlərlə sonra məşğul olacağıq.

Milli.Az