"Keşlə" qış fasiləsində transfer olunan Andre Klennonun komandadan göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov qol.az-a açıqlamasında məlumatı təkzib edib.

O bildirib ki, Yuri Maksimov yamaykalı hücumçunun komandada qalmasını istəyir:

"Pablo Podiodan başqa, heç kimlə müqaviləni pozmaq istəmirik. O gün yazıblar ki, guya Klennon gedir. Doğru deyil. Maksimov son oyunlarda onun çıxışını bəyənib. Ona görə də komandada saxlamaq istəyir".

S.Məmmədov "Sumqayıt"dan ayrılan Amil Yunanovun "Keşlə"yə keçəcəyi barədə xəbərlərə də aydınlıq gətirib:

"Amillə maraqlanmırıq. Ümumiyyətlə, bizdən onunla danışan olmayıb".

Milli.Az