Rusiyalı şoumen Maksim Qalkin həyat yoldaşı, xalq artisti Alla Puqaçovanın yeni videosunu yayıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük Yunanıstana istirahətə yollanıb.
Alla və Qalkin yaxın dostlarından birinin ad günü mərasiminə qatılıblar. Cütlük övladları Liza və Harrini də özü ilə götürüb.
69 yaşlı müğənni və 42 yaşlı aparıcı romantik rəqs edib. Onların görüntüsü izləyiciləri tərəfindən bəyənilib.
Milli.Az