Britaniyanın ən zəngin və uğurlu daşınmaz əmlak maqnatlarından biri Kevin Keş ən sevimli malikanəsini satışa çıxarıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Birmingem şəhərinin yaxınlığında, Oksfordşir qraflığının Biçester şəhərinin cənubunda olan "North Aston Hall" malikanəsinin ilkin satış qiyməti 28 milyon funt-sterlinqdir.
Kevin Keş ciddi maliyyə problemləri ilə üzləşdiyi üçün özünü qismən müflis elan edib və məhkəməyə üz tutub. Onun sevimli malikanəsini satışa çıxarmasının əsas səbəbidir.
18-ci əsrin sonlarında məşhur britaniyalı memar Con Yennin layihəsi əsasında tikilmiş malikanənin ilk sahibi Yamayka ilə ticarət edən Çarlz Oldfild idi.
Yakobin stilində tikilən malikanə 1954 hektarlıq parklara və çəmənliklərə malikdir.
30 yataq otaqlı malikanə beşmərtəbəli əsas binadan, 4 qonaq evindən və 2 fermer tikilisindən ibarətdir.
Britaniyada "fermer qəsri" tipli ən bahalı daşınmaz əmlaklardan sayılan bu malikanədə qış bağı, şərab zirzəmisi və 86 kvadrat metrlik əsas yataq otağı da var.
Milli.Az