Banqladeşin cənub-şərqində Koks-Bazar mahalında torpaq sürüşməsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində dördü uşaq olmaqla 5 nəfərin həlak olduğu bildirilir.

Ölən uşaqların hamısının bir ailənin övladı olduğu deyilir. Məlumata görə, uşaqların valideynləri isə yaralanıb.

Qeyd olunur ki, torpaq sürüşməsinə aramsız yağan yağışlar səbəb olub.

Milli.Az