METBUAT.AZ

Ölkə

Əfv edilən nazir müavininin həbs olunduqdan sonra ilk görüntüsü -

8 may 2023 15:17

Xəbər verdiyimiz kimi, sabiq mədəniyyət nazirinin müavini Rafiq Bayramov bu gün əfv edilib.

Metbuat.az Qafqazinfo-ya istinadən R.Bayramovun azadlığa buraxılarkən çəkilmiş fotosunu təqdim edir.

Qeyd edək ki, Rafiq Bayramov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Siyahı ilə daha ətraflı tanış ola bilərsiniz: Prezidentdən əfv SƏRƏNCAMI

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 4 il 6 aya endirib.

Rafiq Bayramov 2018-2020-ci illərdə sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin müavini olub.



metbuat.az.