DTX-nin əməliyyatla həbs etdiyi nazir müavini əfv edildi - FOTO

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov əfv edilib.

Metbuat.az xəbər veri ki ,bu barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamda qeyd olunub.

Qeyd edək ki, Rafiq Bayramov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Siyahı ilə daha ətraflı tanış ola bilərsiniz: Prezidentdən əfv SƏRƏNCAMI

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 4 il 6 aya endirib.

Rafiq Bayramov 2018-2020-ci illərdə sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin müavini olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı